Ballı Piroq Resepti
Duru yağ – 3/4 stəkan
Su – 1/2 stəkan
İstənilən növ mürəbbə – 4 qaşıq
Şəkər tozu – 3/4 stəkan
Vanil – 1 paket
Bal – 4 çay qaşığı
Yumurta – 3 ədəd
Un – 1 + 2/3 stəkan
Qabartma tozu – 1 paket
Kakao tozu – 1 çay qaşığı
Soda – 1 çay qaşığı
HAZIRLANMASI:
Balaca qazanda su və yağ qaynadılır. Böyük qabda mürəbbə, bal, şəkər tozu qarışdırılır. Üzərinə qaynadılmış su və yağ qarışığı əlavə olunur. Bir az soyudulur.
Qarışığa vanil, yumurta əlavə olunur və çalınır.
Sonda un, qabartma tozu, kakao və soda əlavə olunur. Hamısı birlikdə yaxşı – yaxşı qarışdırılır.
Forma yağlanır və qarışığın içinə əlavə olunur. Əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə 50-55 dəqiqəyə hazır olur. Çöplə yoxlamaq lazımdır, quru çıxarsa, bişmişdir.
Bəzək üçün 3 çay qaşığı şəkər tozunu 1 çay qaşığı su ilə qarışdırıb piroqun üzərinə aşağıdakı kimi əlavə etmək olar.
NUŞ OLSUN!