Kəsmikli Dietik Piroq Resepti

Kəsmikli Dietik Piroq Resepti
Ərzaqlar

5 paçka 5%-li kəsmik (900 qram)

1 ¼ su stəkanı süd

1 portağal

5 xörək q. bal

7 ədəd yumurta


Hazırlanması

Portağalın qabığını sürtgəcdən keçirin.

İki qab götürün və yumurtanın ağın sarısından ayırın.

Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın.

Bunu kənara qoyun və yumurtanın ağını köpənəcən çalın və yumurtanın sarısına qatıb asta asta qarışdırın.

26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.

Və alınmış kütləni ora əlavə edin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

Soyuduqdan sonra bir neçə saat soyuducuda saxlayıb servis edə bilərsiniz.



Nuş Olsun!


Dietik piroq pəhriz saxlayanlar üçün əla seçimdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.