Kəllə-paça (xaş)

26 Aralık 2018
1 455
0
Kəllə-paça (xaş)
Kəllə-paça (xaş) insan orqanizmi üçün çox faydalıdır. Yağlılığı və kalori miqdarı çoxdur. Xaş xüsusi ilə uşaqların inkişafı üçün çox faydalı qidadır. Xərcəng xəstələrinin müalicədən müsbət nəticə almaları və xərçəng hüceyrələrinin yox edilməsində mühüm rol olan kallogen adlı maddə ilə zəngindir. Xaş, qırıq-çıxıq zamanı da faydalıdır. Kəllə-paça (xaş) çox yeyildikdə kilo alma probleminə səbəb ola bilər.

Kəllə-paça (xaş) üçün lazim olanlar
Hər payına:
214 q qoyun kəlləsi, (dildən başqa)
179 q qoyun ayağı,
47 q qarın,
5 q sarımsaq,
10 q sirkə,
duz.
Kəllə-paçanın (xaş) hazırlanma qaydası:
Kəllə paça (xaş) hazırlamaq üçün kiçikbaş heyvanın kəlləsi, ayaqları və qarnı emaldan keçirilir, yuyulur və ən əzı bir saat suya qoyulur.
Sonra bunlar hissələrə parçalanıb tiyana qoyulur, hər kiloqrama 2 l su tökülüb bişirilir.
Bişdikdən sonra əti çıxardılıb iri sümüklərdən ayrılır, 40-50 q çəkidə tikəciklərə doğranır, yenidən bulyona salınıb bişirilir. Süfrəyə verilən zaman boşqaba bişmiş ət qoyulub üstünə bulyon tökülür, xörəyin yanına sarımsaqlı sirkə qoyulur.
Bulyon bişirilən zaman duz vurulmamalı və o, ayrıca süfrəyə verilməlidir.
Qarın ayrıca olaraq suda bişirilir.
1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.