Tər halva necə bişirilir? – HAZIRLANMA QAYDASI

05 Mart 2018
2 711
0
Tər halva necə bişirilir? – HAZIRLANMA QAYDASI
Halva Azərbaycanın ən qədim milli şirniyyatlarından biridir. Hər bölgəmizin özünəməxsus halvası var. Feat.Az bu dəfə sizə tər halvanın reseptini verir.



Ərzaqlar:



400 qr əla növ buğda unu

200 qr ərinmiş yağ

250 qr bəhməz və ya 200 qr şəkər tozu

2 qr darçın



Hazırlanma qaydası:
Tavada qızdırılmış yağa un əlavə edib, qızılı rəng alana qədər qovurun. Sonra ona bəhməz və ya şəkər şərbəti qatıb, fasilə vermədən qarışdıraraq qızdırın. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar. Bu zaman halvanın keyfiyyəti yaxşılaşır.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.