Hazır lavaşda asan börək

04 Mart 2018
1 701
0
Hazır lavaşda asan börək
Qəlyanaltı hazırlamaq üçün cəmi 15 dəqiqə vaxtınız var? Təqdim etdiyimiz olduqca asan börek reseptini sınayın.

Tərkibi:

4 ədəd dördbucaqlı lavaş
1 ovuc doğranmış şüyüd
2 ədəd yumurta
1 x/q un
1 ədəd pomidor
100 qr sürtgəcdən keçirilmiş holland pendiri
3 x/q bitki yağı

Hazırlanması;

Doğranmış pomidor,şüyüd və pendiri qarışdırın. Təmiz səth üzərinə sərdiyiniz lavaşın üzərinə səpin. İçliyin üzərinə yenidən lavaş qoyub, eyni qaydada içlik səpin. Bu prosesi 3 dəfə təkrarlayın. Sonda lavaşı içliyin üzərinə örtüb, əlinizlə biraz basın. İti bıçaqla dördbuçaqlı formasında kəsin.

Hazır lavaşda asan börək

Yumurta, un və zövqə görə duzu digər qabda yaxşıca çalın. Dilimləri hərtərəfli bu qarışıma batırıb, yağlı tavada ikitərəfli qızardın. Bu qəlyanaltı səhər yeməyi üçün də çox əlverişlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.