Düşbərə - Resept

15 Ocak 2019
1 300
0
Düşbərə - Resept
Düşbərə (1 pay üçün)

Tərkibi:

* 100 qr. qoyun əti
* 1.5 st. ət bulyonu
* 1 əd. xırda soğan
* 1 ç.q. üzüm sirkəsi
* zövqə görə duz, istiot, keşniş, quru nanə və sarımsaq

Xəmir üçün:

* 1 st. un
* 1 əd. yumurta göz qərarı ilə duz və su

Hazırlanma qaydası:
Əvvəlcə düşbərə üçün sümüklərdən bulyon hazırlanır. Daha sonra ət və soğan maşında çəkilib, ona keşniş, duz və istiot əlavə edilir. Sonra ələnmiş una su, duz və yumurta əlavə edilib, bərk xəmir yoğurulur. Həmin xəmir 1 mm qalınlığında yayılır, kvadrat şəklində (1.5x1.5) kəsilir. Hər kvadratın ortasına çəkilmiş ət qoyaraq üçkünc şəklində hazırlanmış düşbərələrin qıraqları bitişdirilir, küncləri isə geriyə qatlanıb bükülür. Yapışmasın deyə, üzərinə un səpilir. Bişirənə yaxın düşbərələr yüngülcə ələkdə silkələnir, artıq undan təmizlənir, qaynar bulyona tökülür. Hazır olduqda düşbərə, adətən, üzə çıxır. Süfrəyə verilən zaman düşbərənin üzərinə quru nanə səpilir, yanına ayrıca qabda üzüm sirkəsi, yaxud sarımsaqlı sirkə qoyulur.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.