Ləzzətli Lahmacun - Resepti

13 Ocak 2019
1 570
0
Ləzzətli Lahmacun - Resepti
Türk mətbəxinin ən çox sevilən asan yeməklərindən sayılan Lahmacun hazırlayırıq. Təqdim edəcəyim reseptlə istədiyiniz nəticəni əldə edəcəyinizə zəmanət verirəm.

Lazım olan ərzaqlar:
Xəmir Üçün:

1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
2 stəkan ilıq su
4 stəkan əla növ un
1 çay qaşığı duz
1 x/q bitki yağı
İçlik üçün:

400 qr çəkilmiş qoyun əti
2 ədəd kiçik soğan
2 ədəd yetişmiş pomidor
yarım stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
2 x/q tomat
2 ç/q bibər kürüsü(bibər salçası)
duz, istiot
Süfrəyə Vermək Üçün:

cəfəri
limon
Hazırlanma qaydası:
Öncə xəmiri hazırlayaq. Bir qabda maya, şəkər və yarım stəkan ilıq suyu maya həll olana qədər qarışdırırıq. İsti yerdə 10 dəqiqə, üstü köpüklənənədək saxlayırıq. 1 stəkan unu iri qaba ələyib, üstünə mayalı qarışığı əlavə edirik və qarışdırırıq. Qabın üstünü sellofanla örtüb, yarım saat isti yerə qoyuruq ki, qarışıq gəlsin. Sonra qalan unu da bura əlavə edib, duzu, yağı və qalan 1,5 stəkan suyu da əlavə edib, yaxşıca qarışdırırıq.

Qarışımı 10 dəqiqə ərzində yoğurub, elastik və ələ yapışmayan xəmir halına gətiririk. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtürük. 1 saatlıq isti yerə qoyuruq.

Bu müddət ərzində içliyi hazırlayırıq. Bunun üçün, qiyməni, ətçəkən maşında xırdalanmış pomidor və soğanı digər ərzaqlarla qarışdırıb, yoğururuq. Zövqə görə duz, istiot səpirik. İçlik hazırdır.

Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyub, əlimizlə ona uzunsov şəkil veririk. İti bıcaqla 15 hissəyə bölürük. Hissələri kündələyib ovcumuzla üstlərinə basaraq, bir az yastıladırıq. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 10 dəqiqəlik isti yerə qoyuruq.

Kündələri növbə ilə çox nazik dairə əldə edənədək oxlovla açırıq. Üstünə içliyi yayırıq. Lahmacunu öncədən isinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə saxlayırıq. İstəsəniz ocağın üzərində tavada da bişirə bilərsiniz. Bunun üçün lahmacunları əvvəlcədən isidilmiş tavanın içərisinə qoyub, orta ocaqda üzərini qapaqla örtüb, 4 dəqiqə bişirmək, daha sonra isə qapağı götürüb yenə 2 dəqiqə bişirmək kifayətdir. Mən tavada bişən lahmacunun dadını daha çox sevirəm. Hazır olan lahmacunları, biraz qapalı qabda saxlasanız daha da yumuşaq olacaq. Hazır lahmacunların içərisinə cəfəri yarpaqları qoyub, limon sıxıb bükərək yeyə bilərsiniz. Lahmacunun yanında soyuq ayranınız da varsa, bu ləzzəti uzun müddət unutmayacaqsınız.

Nuş olsun!
recept.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.