Şəlalə keks resepti

18 mart 2019
225
0
Şəlalə keks resepti
Tərkibi:
Keksin xəmiri üçün:

4 yumurta,
1 su stəkanı şəkər tozu,
1 su stəkanı zeytun yağı,
1 su stəkanı süd,
3 yemək qaşığı kakao,
2.5 su stəkanı un,
1 paket vanilya,
1 paket qabartma tozu

Kremi üçün:

2.5 su stəkanı süd,
1 yemək qaşığı un,
1 yemək qaşığı buğda nişastası.
4 yemək qaşığı şəkər tozu,
1 paket vanilin.

Şokolat sosu üçün:

1 su stəkanı süd,
1 su stəkanı ı su,
1 yemək qaşığı un,
1 paket vaniln,
2 yemək qaşığı kakao,

Üzəri üçün:

İncə döyülmüş Antep fıstığı

Hazırlanması:

Kremini hazırlamaq üçün lazım olan ərzaqları qazana yığıb yaxşıca qarışdırın.
Orta atəşdə qatılaşana qədər bişirin.
Kremi ocaqdan düşürdüb soyumağa qoyun.
Keks xəmirini hazırlayarkən içinə vurduğunuz yumurta və şəkəri yaxşı-yaxşı çırpın.
Zeytun yağı, süd, vanilin və kakaonu əlavə edib çırpmağa davam edin.
Qabartma tozu ilə unu əlavə edib yaxşıca çırpın.
Keks qəliblərini yağlayıp, hazırladığınız xəmirləri çömçənin köməyi ilə qəliblərə paylaşdırın.
Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında 30-35 dəqiqə qədər bişirin.
Hazır olan keksi izqara teli üzərinə alıb soyumağa qoyun.
Şokolad sosu hazırlamaq üçün bütün ərzaqları bir qaba yığın.
Davamlı qarışdıraraq mühalləbi qatılığına gəlincəyə qədər bişirin.
Şokolad sosunu ocaqdan düşürüb soyunağa qoyun.
Soyuyan kekslərin alt hissəsindən bir qaşıq yardımı ilə içlərini çıxardın.
Kremi kekslərin içərisinə doldurub çıxartmış olduğunuz keks parçalarını keksin üzərinə qoyun.
Keksləri servis tabağına düzün.
Üzərinə hazırladığınız şokolad sosunu gəzdirin.
İncə döyülmüş Antep fıstığı ilə üzərini süsləyərək servis edin.

Nuş olsun!
Şərh Yaz