Kağızda balıq resepti

12 Nisan 2019
1 062
0
Kağızda balıq resepti
Tərkibi:
2 ədəd balıq,
1/2 ədəd kök,
4 ədəd brokoli( kiçik çiçək),
4 ədəd gülkələmi( kiçik çiçək),
3 ədəd pomidor,
1/2 ədəd bibər
1 ədəd kiçik boy qırmızı soğan,
2 diş sarımsaq,
1 şirniyyat qaşığı kərə yağı,
4 yemək qaşığı zeytun yağı,
1 yemək q aşığı sirkə,
1 çay qaşığı toz kişniş,
1 çay qaşığı raziyana toxumu,
1/2 çay qaşığı istiot,
1/2 çay qaşığı duz (istəyinizə görə)


Hazırlanması:

Balıq çox uzun zaman ərzində bişirilməyən bir ərzaqdır.
Çiyliyi gedər getməz , yəni ətlər bir-birindən rahatca ayrıla bilərsə balıq bişmişdir demək.
Pomidor xaric soğanı yuvarlaq-yuvarlaq doğrayın.
Tərəvəzləri iri parçalar halında doğrayın.
Kök daha gec bişdiyi üçün incə-incə doğrayın.
Bir yemək qaşığı zeytunyağı və kərə yağında pomidor xaric bütün tərəvəzləri azca qovurun.
İki böyük parça yağlı kağız kəsin.
Tərəvəzləri bərabər olaraq bölüb kağızların içinə yığın.
Pomidorları da ikiyə bölüb əlavə edin.
Əzilmiş sarımsaq, zeytun yağı sirkə duz və ədviyyatları bir kasada qarışdırın.
Balıq tikələrini tərəvəzlərin üzərinə yerləşdirin.
Yağlı kağızı içindəki ərzaqların hava almayacaqları bir şəkildə qatlayın.
Tamamən bağlamazdan əvvəl zeytun yağlı qarışığını əlavə olaraq balıqların üzərinə gəzdirin.
Əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış fırında 20 dəqiqəyə yaxın , istərsiniz də ağzı qapalı bir qazanda vam odda 20 dəqiqə bişirin.
Servis edərkən balığın yanına fırında kartof da bişirə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.