Yumurtalı pomidor dolması - Resept

08 Nisan 2019
1 155
0
Yumurtalı pomidor dolması - Resept
Tavada yumurta yerinə pomidorun içində yumurta bişirməyə nə deyərsiniz? Pomidora çəngəllə toxunduqda içərisindəki pendir uzansın getsin, yumurtanın içi çölünə daşsın.

Bir bişirmə qabınız oldusa bəs edər.Yumurtalı pomidor dolması tərifi axtarırsınız? Ən dadlı, ləzzətli pomidor dolması reseptini Feat.Az saytı sizinlə paylaşır.


4 nəfərlik

10 dəqiqəyə hazırlanır,

10 dəqiqəyə bişir,

Yumurtalı pomidor dolmasıüçün lazım olan ərzaqlar:

4 ədəd böyük pomidor,
4 ədəd yumurta,
1 su stəkanı rəndələnmiş holland pendiri,
1 su stəkanı pomidor pürüsi,
1/2 su stəkanı isti su,
2 yemək qaşığı zeytunyağı,
1/2 çay qaşığı duz,
1/2 çay qaşığı istiot,

Yumurtalı pomidor dolması necə hazırlanır?

Bol suda yuduğunuz böyük boy pomidorları sap hissələrindən qapaq şəklində kəsin.
Orta hissəsini bir qaşıq yardımıyla çıxardın.
Duz və istiot ilə ləzzətləndirin.
Dolmanın sosu üçün;
Zeytunyağını bir tavada qızdırın.
Pomidor pürəsini əlavə edib 2- 3 dəqiqə qədər orta atədə bişirin.
Pomidor püresi yerinə rəndələnmiş pomidor və bir parça acı sos istifadə edə bilərsiniz.
İsti suyu əlavə etdikdən sonra sosu 2 dəqiqəyə yaxın qaynadın.
Orta hissəsini boşaltdığınız pomidorların içinə rəndələnmiş holland pendirini bərabər olaraq paylaşdırın.
Fırın sinisinə aldığınız pomidorların içinə bir ədəd yumurta qırın.
Üzərinə duz və istiot səpin.
Pomidor sosunu əlavə etdiyiniz yumurtalı yumurtalı pomidor dolmalarını öncədən 200 dərəcə qızdırdığınız fırında 10 dəqiqəyə yaxın bişirin.
Qızarmış çörək dilimlərini bir- bir batıraraq bu ləzzəti gözlətmədən sevdiklərinizlə paylaşın.
İncə- incə doğranmış təzə soğan parçaları ilə servis edə bilərsiniz.

Nuş Olsun!

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.