Qozlu Salat Resepti

09 Mayıs 2022
3 306
0
Qozlu Salat Resepti
Tərkibi:
toyuq əti (filesi) — 150 q,
yumurta — 2 ədəd,
göbələk — 100 q,
soğan -1 ədəd,
pendir — 100 q,
sarımsaq — 2 diş,
qoz ləpəsi — 50 q,
mayonez – zövqə görə,

Hazırlanması:
Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın.

Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın.

Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.

Sonra bunları soyudun.

Toyuq ətini qaynadın.

Sonra bu toyuq ətini soyudun və xırda – xırda doğrayın.

Yumurtanı qaynadın və sürtgəcdən keçirin.

Sarımsağı yaxşıca əzin.

Pendiri sürtgəcdən keçirin.

Boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın.

Qozlu salatı qat-qat yığılır:
Salatda məhsul laylarının yığılma ardıcıllığı bu şəkildədir:

1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).

2-ci qat – yumurta (mayonez yaxılır).

3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).

4-cü qat – sarımsaqlı və mayonezli pendir.

5-ci qat – qoz ləpəsi.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.