Badımcan mürəbbəsi - Resepti

10 Temmuz 2022
2 492
0
Badımcan mürəbbəsi - Resepti
Badımcan mürəbbəsi üçün lazım olan ərzaqlar:
6-7 kiçik badımcan,
2 su stəkanı şəkər,
1 su stəkanı su,
8-10 dənə mixək,
1 şirniyyat qaşığı limon suyu,

Badımcan mürəbbəsinin hazırlanma qaydası:

Badımcanların saplaqlarını kəsin.
Sonra badımcanları soyun.
Soyulmuş badımcanları soyuq su doldurduğunuz qaba yığın.
Başqa bir qazanda su qaynadın.
Soyuq suya qoyduğunuz badımcanları sudan çıxardıb suyunu bir az sıxın və qaynatdığınız suya atın.
Qaynar suda badımcanlar yumşalana qədər qaynadın.
Bişirdiyiniz badımcanları qaynar sudan çıxardaraq soyuq suya atın.
Bu arada şərbəti hazırlayın.
Suyun içərisinə şəkər tozu və mixəyi əlavə edib qaynadın.
Soyuq sudan çıxartdığınız badımcanların suyunu kağız dəsmal ilə yaxşıca qurudun.
Bunun üçün azca badımcanların üzərindən basdırılaraq suyunu alın.
Suyu alınmış badıçanları şərbətin içinə atın.
Şərbətdə mürəbbə suyu qatılığına gəlincəyə qədər qaynadılır.
Limon suyu əlavə bir azdaha qaynadıb ocağı qapadın.
Hazır mürəbbəni soyumağa qoyun.
Bankaları strelizə etdikdən sonra mürəbbəni bankalara yığın və ağzını qapadın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.