Blinçik Resepti + Video Resept

05 Temmuz 2022
2 340
0
Blinçik Resepti + Video Resept
Xəmir üçün:
2-yumurta
2-stəkan süd
1 xörək qaşığı-duru yağ
1,5 stəkan-un
0,5 çay qaşığı-duz,
1 xörək qaşığı-şəkər tozu 3-4 xörək qaşığı--duru yağ (tavanı yağlamaq üçün)

İçlik üçün:
500 qr-mal əti
1 baş-soğan
30-50 qr-kərə yağı
Duz,istiot

Hazırlanması:
Əvvəlcə içliyi hazırlamaq lazımdır.Bunun üçün mal əti doğranıb ət maşınından keçirilir.
Narın doğranmış soğanla kərə yağında qovrulur.Qovurma zövqdən asılıdır.(Məsələn: Mən soğanı əvvəlcə bir qədər "öldürüb” sonra əti əlavə edirəm və az qovuruam ki,içi quru olmasın).
Duzlayıb, istiotlayıb kənara qoyulur.
Bir qədər dərin qabda yumurta çalınır.
Sonra süd, şəkər tozu və duz əlavə edilir. Süd ilıq olanda xəmir çox zərif alınır.
Sonra yavaş-yavaş qarışdıra-qarışdıra un əlavə edilir. Un tam həll olduqdan sonra 1 xörək qaşığı yağ da əlavə edilir.
Blinçik qızardılacaq tava möhkəm qızdırılır. Bir çəngəlin başına bir dilim kartof keçirilir,duru yağa batırılır və tavanın içi yağlanır.
Xəmiri tökmək üçün xırda çömçədən və ya iri plov qaşığından istifadə etmək olar. Xəmiri tökən kimi tavanın qulpundan yapışaraq xəmiri tavanın içində hər tərəfə yaymaq lazımdır.
Bəzən xəmiri bir üzlü qızardıb götürürlər,mən isə iki üzünü də qızardıram.(ikinci üz çox az)
Qızardılmış blinlər bir nimçədə üst-üstə yığılır və soyudulur.
Hər blinin içinə bir qaşıq iç qoyulur, zövqdən asılı olaraq kvadrat və ya uzunsov şəkildə bükülür.
Hazır blinçikləri bir ağzı bağlı qaba yığıb soyuducuya qoyaraq günlərlə saxlamaq olar ki, lazım olanda bişirəsən.
Süfrəyə verməzdən əvvəl yağda hazır blinçiklər bir daha qızardılır və isti-isti süfrəyə verilir.
Yanından sumağını və ya ketçupunu əskik etməyin.
Nuş olsun!



insta: @bereketli_metbex
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.