Evdə Hazırlanmış Balqabaq Püresi - Resepti

11 Ekim 2019
1 263
0
Evdə Hazırlanmış Balqabaq Püresi - Resepti
Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq. Bunun üçün də hamıya balqabar püresi lazım olacaq. Düzdür, burada konservləşmiş balqabaq püresi də satılır, amma məncə evdə hazırlanan püre daha yaxşıdır. Həm də hazırlanması o qədər asandır ki! Bunun üçün təkcə balqabaq və soba lazımdır.

Ən yaxşı balqabar püresi burada şəkər balqabaq yaxud da piroq balqabağı adı ilə satılan balqabaqdan hazırlanır. Şəkər balqabağı adətən balaca ölçülü və çəkisi 1 kilodan 5 kiloyadək olur. Onların içi daha qatı, daha şirin, daha az lifli olur. Amerikanın məşhur balqabaqlı piroqu məhs bu növ balqabaqdan hazırlanır.

Mənbə:azcookbook.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.