Bişməyən şokoladlı tort

Bişməyən şokoladlı tort
Ərzaqlar
2 paket peçenye
3 yemək qaşığı doşab
3 yemək qaşığı kərəyağı

Muhallebisi üçün:
5 su stəkanı süd
1 su stəkanı şəkər
1 su stəkanı üyüdülmüş buğda
1 su stəkanı fıstıq

Üstü üçün:
2 paket südlü şokolad
1 paket tünd şokolad

Hazırlanması:
Əvvəlcə kərə yağını əridək. Peçenyeləri toz halına salacaq qədər üyüdək bir qaba qoyaraq yağı və doşabı töküb əlimizlə qarışdıraq. Qəlibə töküb yayıb əlimizlə sıxaq. Soyuducuya qoyub biraz saxlayaq. Qazana bişirəcəyimiz muhallebi ərzaqlarını qoyuq qarışdıraraq göz göz olanadək qarışdırırıq. Soyuducudakı peçenyelərimizin üzərinə töküb otaq temperaturunda gözlədib təkrar soyuducuya qoyub bir vəya iki saat gözlədirik. Şokoladlarımızı əridib üzərinə yayırıq. Muhallebimiz soyuduğu üçün şokoladımız tez donacaq. Üzərini istədiyimiz şəkildə bəzəyə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.