Yaponiyanın "Kastello" biskviti resepti

Yaponiyanın "Kastello" biskviti resepti
Tərkibi:
Yumurta 4 ədəd
Şəkər 110q
Un 100q
Duru bal 2-3 x.q.
İsti su 1 1/3 x.q.

Hazırlanması:

Sobanı 180 dərəcəyə qədər isidin. Unu ələkdən keşirdin. Yumurta ilə şəkəri qarışdırın və bu qabı qaynar su üzərinə yerləşdirin və eyni zamanda mikserlə yüksək sürətlə 6 dəqiqə çalın. Qarışıq 4 qat böyüyəcək. Bal əlavə edin orta sürətlə çalın.
Unun 1/3 hissəsini qatın, orta sürətlə tez qarışdırın. Yenə unun 1/3 hissəsini əlavə edin və astaca qarışdırın. Qalan unu əlavə etdikdən sonra 1 dəqiqə çalın. Çox uzatmayın, çünki xəmir havalı olmalıdır.
Dördbucaq formaya perqament kağızı yerləşdirin. Xəmiri tökün və üzərindən bıcaq ilə keçirdin ki köpük qalmasın.
180 dərəcədə bişirin, üzəri qəhvəyi olan kimi üzərinə folqa çəkinvə 170 dərəcəyə qədər azaldın. Birlikdə bu proses 55 dəqiqə çəkməlidir.
Keksi formadan çıxardın, üzərinə plyonka örtün, qab üzərinə çevirin və paketdə 12 saat saxlayın ki keks nəm olsun.
Süfrəyə verməmişdən öncə qıraqlarını kəsin.

Nuş olsun!
Mənbə:chef_culinary_az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.