Şokoladlı napoleon resepti

17 Kasım 2019
404
0
Şokoladlı napoleon resepti
Tərkibi:
Un 300q
Kərə yağı 190q
Kakao 55q
Xama 150q
Yumurta 1 ədəd
Krem üçün:
Kərə yağı 170q
Qatılaşdırılmış süd 380q
Kakao 20q

Hazırlanması:
Unu ələkdən keçirdin, bir çimdik duz əlavə edin. Unu soyuq yağ ilə mikserdən keçirdin.
Yumurtanı xama ilə qarışdıırn, una əlavə edin, kakao tökün, xəmiri yoğurun. Plyonka çəkin üzərinə, soyuducuda 30 dəqiqə saxlayın.
Xəmiri 8-10 yerə bölün. Hər kürəcikdən 22-24 sm-lik açın. Çəngəl ilə deşin üzərini. Səligəli kəsin qıraqları, qalan hissələri atmayın. 200 dərəcədə bişirin.

Krem üçün: yağı kakao ilə çalın. Qatılaşdırılmış südü yavaş-yavaş əlavə edin, çalmağa davam edin. Bu kremi korjların üzərinə və sonda qıraqlarına çəkin, xəmirin qalan hissələrini tortun üzərinə tökün. Bir gecə soyuducuda saxlayın tortu.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər