Kəsmikli tort-sufle

29 Nisan 2018
2 469
0
Kəsmikli tort-sufle
Feat.Az kəsmikli sufle tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


250 q kəsmik

200 q qaymaq

100 q şəkər tozu

1 ç.q. qabartma tozu

100 q şəkər pudrası

80 q un

40 ml su

20 q jelatin

4 ç.q. kakao tozu

2 x.q. bitki yağı

1 yumurta

250 q gilənar konservi

100 ml xama

Biskvit:
Yumurta ilə şəkər tozunu möhkəm çalın. Bitki yağı ilə qaymağı əlavə edin. Yenidən çalın. Unu kakao və qabartma tozu ilə qarışdırın, sonra hissə-hissə yumurtalı qarışığa əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın.

Xəmiri yağlanmış formaya tökün (amma hündürlüyü 3 sm-i keçməsin). 190 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Biskviti soyudun.

Krem: Jelatini suda isladıb 15-20 dəqiqə saxlayın. Kəsmiyi ələkdən keçirin. Qaymaq, vanil və şəkər pudrası qatın, mikserlə çalın. Şişmiş jelatini su hamamında qızdırıb kremə əlavə edin. Biskviti tərəfi 2 sm olan kublara doğrayın. İri kasaya yığıb üzərinə konservləşdirilmiş gilənarın suyunu tökün.

Kənarı açılan formanın dibi ilə kənarlarına qida plyonkası çəkin. Bir neçə qaşıq krem tökün, formanın içində bərabər yayın. Biskvitin üçdə birini, sonra gilənarın üçdə birini düzün, üzərinə krem çəkin. Proseduru iki dəfə təkrarlayın. Kremin qalanını üzərinə çəkin, hamarlayın. Tortun üzərinə plyonka çəkib soyuducuda 5-6 saat saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.