Holland vaflisi

25 Nisan 2018
2 210
0
Holland vaflisi
Holland vaflisi- iki nazik vafli arasında karamelli desertdir. Dünyaca məşhur bu deserti dadmaq üçün uzaq yol getmək lazım deyil, öz mətbəxinizdə özünüz hazırlaya bilərsiniz.

Tərkibi:
Xəmiri üçün:

500 qr un
250 qr əridilmiş kərə yağı
150 qr şəkər tozu
60 ml isti süd
4 1/2 çay qaşığı tez həll olunan maya
1 ədəd yumurta

İçlik üçün:

200 qr qəhvəyi şəkər tozu
250 ml bal
50 qr kərə yağı
1 çay qaşığı darçın tozu

Hazırlanma qaydası:


İlk öncə isti südün içərisinə tez həll olunan mayanı töküb qarışdırın və 10 dəqiqəlik kənara qoyun. Başqa bir qabda əridilmiş kərə yağını və şəkər tozunu qarışdırın, üzərinə yumurta əlavə edib yenə qarışdırın.Yağlı qarışığı südlü mayalı qarışıqla birləşdirib qarışdırın. Üzərinə unu ələyin və xəmir yoğurun.Xəmiri streç salafana bükün və 45 dəqiqəlik kənara qoyun.
Balaca qazançada bal, qəhvəyi şəkər tozu, darçın və kərə yağını taxta qaşıqla qarışdıraraq zəif ocaqda şəkər əriyənədək qarışdırın.

Xəmirdən stolüstü tennis topu ölçüsündən kündələr edin.

Vafli qəlibini qızdırın və kündədən vafli bişirin. İsti vafliləri iki hissəyə ayırın. Arasına karamelli içlikdən yaxın və birləşdirin.

Qalan kündələri də eyni qayda ilə bişirib hazırlayın.
Nuş olsun!

Holland vaflisi









Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.