Arzu tortu resepti

12 Aralık 2019
1 186
0
Arzu tortu resepti
Tərkibi:
100 q kərə yağı
1 banka qatılaşdırılmış süd
2 yumurta
1 st. un
0.5 ç.q. soda
1-2 ç.q. kakao tozu

krem:

300 q xama
150 q şəkər tozu

Hazırlanması:

Yağı əridin, qatılaşdırılmış süd, 2 yumurta, 1 st. un, limon şirəsində söndürülmüş soda ilə qarışdırın.
Xəmiri 3 yerə bölün, birinə kakao əlavə edin.
Hər hissəni ayrıca bişirin. 180 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Xamanı şəkər tozu ilə mikserlə 5 dəqiqə çalın.
Kremi korjlar isti ikən az-az üzərinə çəkin. Krem axmamalı, korja hopmalıdır.
Üzərini şokolad və giləmeyvələrlə bəzəyə bilərsiniz.
Azı iki saat soyuducuda saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.