Kəsmikli şokolad piroqu resepti

17 Haziran 2020
753
0
Kəsmikli şokolad piroqu resepti
Tərkibi:
Kəsmik topları üçün:
250 q kəsmik
2 yumurtanın sarısı
50 q şəkər tozu
50 q kokos yonqarı
3 x.q. nişasta

Xəmir üçün:

4 yumurta
30 q şəkər tozu
50 q şokolad
2 x.q. un
2 x.q. nişasta
3 x.q. kakao
1 çimdik duz
2 paket vanilli şəkər
bıçağın ucunda qabartma tozu

Hazırlanması:
Əvvəlcə kəsmik toplarını hazırlayın. Bunun üçün kəsmiyi şəkər tozu, nişasta, kokos və yumurta sarıları ilə eynicinsli kütlə alınanadək qarışdırın. Bu qarışıqdan kürələr hazırlayın.

Xəmir: yumurta sarılarını ağlarından ayırın. Yumurta sarılarını şəkər tozu və vanillə ağarıncayadək çalın. Əridilmiş şokolad əlavə edib qarışdırın. Un, nişasta, qabartma tozu, kakao, duzu qarışdırıb şokoladlı-yumurtalı qarışığa əlavə edin. Yumurta ağlarını 30 q şəkər tozu ilə möhkəm çalın. Birinci qarışığa əlavə edin, qaşıqla altını üstünə çevirməklə qarışdırın. Siniyə perqament döşəyin. Kəsmik toplarını düzün. Üzərinə şokoladlı xəmiri gəzdirin. 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Üzərinə şokoladlı qlazur çəkin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.