Qara qızılgül salatı resepti.

05 Ocak 2015
2 964
0
Qara qızılgül salatı resepti.
Qara qızılgül salatı resepti.

Tərkibi:

5 yumurta
150 qr qara gavalı
2 ortabab çuğundur
1 siyənək balığı
1 baş soğan
400 qr şampinyon göbələyi
mayonez

Hazırlanması:

Göbələyi yuyub bir az iri doğrayın. Soğanı xırdalayıb göbələklə bir yerdə hazır olanadək qovurun. Yumurtaları bişirib sürtgəcin iri gözündən keçirin. Çuğundurları bişirin. Birini sürtgəcin iri gözündən keçirin, o birini isə yarımdairə şəklində doğrayın (bəzək üçün). Siyənəyi sümüklərdən təmizləyib doğrayın. Qara gavalının hərəsini 2-3 yerə bölün.
Sonra aşağıdakı qaydada salatı düzməyə başlayın:
1. Siyənək
2. Göbələklə soğan qovurması
3. Yumurta
4. Qara gavalı
5. Çuğundur.
Hər layın üstünə mayonez çəkin. Doğranmış çuğundurla salatı qızılgül şəklində bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.