Yenəmi cinsi əlaqə?! – Bu heyvansayağı münasibətdirmi?

Yenəmi cinsi əlaqə?! – Bu heyvansayağı münasibətdirmi?
Türkiyəli psixoloq Dolunay Kadıoğlu maraqlı bir açıqlama ilə çıxış edib. Mütəxəssis bildirib ki, cinsi istəksizlik qadınlarda daha tez-tez müşahidə edilir. eyni zamanda bu bir cinsi funksiya pozuqluğudur. Feat.Az D. Kadıoğlunun qadın və kişilərdə cinsi istəksizlik barədə fikirlərini təqdim edir.

Psixoloq qadınların beynində ən çox bu səslərin dolaşdığını əlavə edib:

Canım heç istəmir
Yenəmi cinsi əlaqə?!
Mənim üçün əhəmiyyətli deyil, olmasa da olar
Çox yorğunam
Onsuz da mən heç nə hiss etmirəm ki
Cinsilik olmasa yəqin ki, məni sevməz
Cinsəlliyin sevgiylə əlaqəsi yoxdur
Cinsəllik heyvansayağı münasibətdir
Sabah iş var, çox gec oldu

Aşağıdakı zehni səslər isə kişilərə aiddir:

Həyat yoldaşım sevirəm, onu ​​istəməyim çox təbiidir. Amma o məni niyə istəmir?
Bu necə bir insandır, insan cinsəlliyi necə istəməz?
Hər şeyi bəhanə edir, hər an nəzarət var
Artıq yetər!
İnsan öz həyat yoldaşı ilə sevişmək üçün bu qədər də naz etməz
O istəməsə mən də tələb etməyəcəm


Mütəxəssis cinsi istəksiliyin bir çox səbəblə bağlı olduğunu deyib. Lakin əsl problem cütlüklərin cinsi istək proseslərinin bir-birinə uyğun gəlməməsidir: “Qadın və kişi yaradılışdan bir-birindən fərqli iki varlıqdır. Hər bir insan bir-birindən fərqlidir. Necə ki, hər fərd bir yeməyi, məsələn, dondurma yeməyi sevmirsə, cinsəlliyi də hər kəsin istəmə forması fərqlidir. Əsl problem də bu istəyin uyğun olub-olmamasıdır. Hər gün də cinsəllik yaşana bilər, həftədə bir dəfə də, ayda bir dəfə də. Sayın çox bir əhəmiyyəti yoxdur, əsl əhəmiyyətli olan hər iki tərəfin də bunu istəməsidir”.

Psixoloq cinsi istək problemlərinin əsas səbəbləri arasında bu faktorları sadalayıb:

Hamiləlik
Doğuş
Zahılıq
Psixoloji təsir yaşamaq
Travmatik abort
Dostlar arasında yaşanan problemlər
Mübahisələr, dava-dalaş
Böyümə şərtləri
Cinsiyyətinin fərqinə varmamaq
Cinsi istəyə mane olan fikirlər
Övladlar, fiziki, psixoloji vəziyyət və ya xəstəliklər
Hər hansı xəstəliklə bağlı qəbul edilən dərmanlar
Cinsi müalicə müddətində də yuxarıda sadalanan səbəblər araşdırılar və mövcud olan səbəblərin aradan qaldırılmasına çalışılır. Cinsəlliklə əlaqədar doğru məlumatlar, dəyərlər, bədənin, istək və ehtiyacların fərqinə varmaq, duyğularını tanımaq, ifadə etmək cinsi istəklə əlaqədar yaşana biləcək problemləri ən aza endirərkən, əksinə, cinsi istək problemləri artırır: “Ər və arvadın bir-birini anlaması və dəstək olması da problemin həllində əhəmiyyətlidir. Əgər cinsi istəklə əlaqədar problem yaşayırsınızsa, fiziki və hormonal sağlamlığınız nəzarət edin. Heç bir problem aşkarlamasanız psixoloji qiymətləndirmə üçün cinsi müalicə mütəxəssisinə müraciət edə bilərsiniz. Həyat yoldaşınızla birlikdə alacağınız bu dəstək yaşadığınız problemin həllində böyük rol oynayacaq”.
lent.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.