İlk cinsi əlaqə nə zaman yaşanmalıdır?

06 Temmuz 2016
6 044
0
İlk cinsi əlaqə nə zaman yaşanmalıdır?
Yeniyetmə üçün ilk cinsi əlaqənin nə zaman yaşanması gündəm mövzusundan biridir. Həmçinin məsələ yeniyetmələrin ailələrinin də diqqətindədir.

Bəs ilk cinsi əlaqə nə zaman yaşanmalıdır? Yetkinlik dövrü ilk cinsi təcrübə üçün uyğun bir dövr hesab olunurmu?

Feat.Az Psixoloji Məsləhətçi Dolunay Kadıoğlunun bu suallara olan cavabını təqdim edir:

"Yeniyetmələr bir an əvvəl böyümək istəyirlər. Bu xüsusilə 15 yaş altındakı yeniyetmələrə şamil edilir. Bu yaşda olanlar sanki zamanın keçmədiyini düşünürlər. Yeniyetmələr tez böyümək və böyüklərin etdikləri hər şeyi etməyə hazırlaşırlar”.

Psixoloqun sözlərinə görə, yeniyetmələr evə gec gəlməyi, yoldaşlarıyla çox vaxt keçirməyi, dərsə və işə vaxt ayırmağı özləri təyin etmək arzusunda olurlar. Onlar özlərinə qoyulan bütün məhdudiyyətlərdən böyüyüncə azad olacaqlarına inanırlar.

Dolunay Kadıoğlu ilk cinsi təcrübənin yeniyetmələr üçün böyük mənalar daşıdığını qeyd edib:

"Oğlan yeniyetmələr üçün kişi olmaq yəni "kişiyə xas” bir hissi yaşamaq daha çox kişilər dünyasında olmaq mənasını daşıyır. Bu təcrübə kişi olmanın ən əsas göstəricisi və məğrurluq qaynağı olur.

Qız yeniyetmələr isə bu mövzuda kişilərdən fərqlidir. Onlar üçün ilk cinsi təcrübə daha bağlı yaşanılan, utanılan və əksəriyyət qizların daha nadir düşündüyü bir mövzudur. Amma yenə də onlar üçün də gələcəkdə yaşayacaqları ilk cinsi əlaqə çox vacibdir.

Qız yeniyetmələr üçün cinsi təcrübə daha "romantik” mənalar daşıyır. Qızların kişilərdən daha bir fəqli cəhəti də var. Onların əksəriyəti ilk cinsi təcrübəsini danışdığında yaxınlarından heç də dəstək ala bilmirlər. Hətta əks-reaksiya ilə qarşılaşırlar.

Qızlar ilk cinsi təcrübələri ilə əlaqədar müsbət duyğular yaşasalar da, bu duyğulara günahkarlıq, utanma, qorxu və qayğı hissi də əlavə olunur”.

Gələk əsas məsələyə ilk cinsi təcrübə nə zaman yaşanmalıdır?
"Cavab çox sadə və dəqiqdir… Bədən fiziki cəhətdən hazır olduğu zaman ilk cinsi təcrübə yaşana bilər. Yəni yetkinlik dövrü ilk cinsi əlaqə üçün uyğun olmaya bilər. Çünki yetkinlik risklərin edildiyi bir inkişaf dövrü hesab olunur.

Cinsəllikdə risk almaq, cinsi yolla keçən xəstəliklər, erkən hamiləliklər və insanda meydana gələ biləcək mənfi ruhi təsir deməkdir.

Sağlam cinsi əlaqə üçün ilk növbədə fiziki böyümənin tamamlanması yəni yetkinliyin bitməsi və ruhi olaraq bu məsuliyyəti daşımaq təməl şərtlərdəndir. İlk cinsi əlaqə qarşılıqlı hörmət, peşman olunmayacaq bir zamanda yəni evlilikdən sonra ən doğrusudur.

Böyüdüyünü sübut etmənin tək yolu cinsi əlaqə yaşamaq deyil. Cinsi əlaqə, yetkin davranışıdır yəni məsuliyyət tələb edir”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.