Sevgini İliklərinizə Qədər Hiss Etmənizi Təmin Edəcək 6 Sirr

01 Kasım 2021
2 340
0
Sevgini İliklərinizə Qədər Hiss Etmənizi Təmin Edəcək 6 Sirr

Özünüz Olun



Hər zaman özünüz olun və olmadığınız biri kimi davranmayın. Bu həm sizi həm də münasibətinizi məhv edər. Sizi sevəcək biri, sizi olduğunuz kimi qəbul edib sevməlidir. Və ya özünüzü onun üçün dəyişdirməyi qəbul etməyin. Onun xoşlanmadığı kiçik şeylərdən vaz keçməyin demirəm. Sadəcə özünüzü ciddi mənada əsla dəyişdirməyin. Sizi olduğunuz kimi sevməli ya da çıxıb getməlidir.


Sizə toxunmasına izin verin



Həm ürəyinizə həm də sizə toxunmasına izin verin. Sevginin toxunmaq istədiyini unutmayın. Eşqi hət halıyla ən gözəl şəkildə yaşayın.


Çətin günlərində yanında olun



Bərabər xoşbəxt olmaq qədər bərabər kədərləri paylaşmaq da önəmlidir. Onsuzda içinizdəki sevgidirsə, onun xoşbəxtliyi sizi də xoşbəxt edərkən hüznü də sizi üzər.
Yeyərkən-içərkən, əylənərkən yanınızda olub, ona ehtiyacınız olduqda sizi vecinə almayan bir insan buraxın heç olmasın.


Eşqin dəli hallarını yaşamağa laqeyd olmayın



Sizə birlikdə mənasız işlər görüb başınızı bəlaya salın demirəm. Şişirdilməsi olmayan kiçik dəliliklərin heç kimə zərəri yoxdur. Bu həm birlikdə gözəl anlar keçirmənizi təmin edər, eyni zamanda münasibətinizi gündəlikləşdirməkdən qurtarıb həyəcan qatar.


Gözünüz başqalarına sürüşməsin



Təbii ki ömrünüzü ona həsr etməyəcəksiniz. Hər münasibətin bir sonu vardır amma bitəcəyini düşünərək hərəkət etsəniz yaşadığınız münasibətdən heç bir şey anlamazsınız. Önəmli olan nə qədər çəkəcəyi bəlli olmayan o münasibəti ən gözəl şəkildə yaşayıb sevginin ən gözəl hallarını dada bilməkdir. Və təbii ki onunla birlikdə ikən yalnız ona aid ola bilmək.

"Bir gecədən nə olar ki?" və ya "Nə də olsa duyğusal olaraq aldatmayacağam" tərzində düşüncələrə sahibsinizsə, məncə o an işi çox uzatmadan ayrılmalısınız.


Həyatınız ona bağlı olmasın



İlk növbədə, bu eşq deyil bağlılıqdır. Həyatınız ona bağlı olmasın. Onunla ikən xoşbəxt olursunuz amma onsuz da yaşaya bilərsiniz, bunu unutmayın. Həyatınızda sadəcə o olmasın. Bəli, məqsədimiz eşqin ən gözəl hallarını yaşamaq amma bütün həyatınız onunla keçəcək deyil. Dostlarınızı və ailənizi qətiyyən ehmal etməyin. Onsuz da əylənməyi unutmayın
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.