Cinsi Münasibət haqqında təəccüblü həqiqətlər

10 Ağustos 2021
4 576
0
Cinsi Münasibət haqqında təəccüblü həqiqətlər
Bəzi heyvanların seks həyatının insanlar kimi olduğunu bilirsiniz? Üstəlik də bəzi məsələlərdə insanlara belə dərs verəcək özəlliklərə sahib olduqlarını? Prezervativin 15-ci əsrə aid tarixi olduğunu bəs bilirdiniz? Seksin faydaları haqqında artıq bilirsiniz. Ancaq indi oxuyacağınız həqiqətlərdən sonra bəlkə də seksdən uzaqlaşma bəhanələrinizi bir kənara buraxacaqsınız.

Seks sizin kilo atmağınıza kömək edir


Bir dəqiqə öpüşmə müddətində 26 kalori itirmiş olursunuz. 1 saatlıq həyəcanlı seks zamanı isə 150 kalori itirirsiniz. Bundan başqa öpüşmə dişlərə də yaxşı təsir edir. Öpüşmə zamanı ifraz olunan tüpürük daha sağlamdır və dişlərin çürüməsinin qarşısını alır.

Prezervativ ilk dəfə heyvan bağırsağından və kətandan hazırlandı


Asiyada 15-ci əsrdə sadəcə penisin ucunu örtən prezervativlər istehsal olunurdu. Çində də penisin ucunu örtən yağlı ipək kağızdan və ya quzu bağırsağından prezervativlərdən istifadə edilirdi. Bəs Yaponiyada tısbağanın qabığından və ya heyvan buynuzundan da prezervativ hazırlandığını bilirdiniz?

16-cı əsrdə isə kətan örtüyündən prezervativ hazırlanırdı və istifadədən əvvəl qurudulurdu.

Seks baş ağrısını sağaldır

"Başım ağrıyır, bu gün olmaz" deyərkən bir daha düşünün. Çünki belə bir həqiqət var: seks baş ağrısını sağaldır. Seks təbii ağrıkəsici olan endorfin hormonunun artmasına təsir göstərir.

Sperma üz dərisinə yaxşı təsir edir


Spermanın tərkibindəki protein dərinin sıxlaşmasına yaxşı təsir göstərir. Spermanı qurutsanız tərkibindəki mayə buxarlanacaq və qırışıqlıqları azaldan protein qalacaq. Yəni spermanın anti-aging təsiri çox təəccüblüdür.

Zövq üçün sekslə məşğul olanlar təkcə insanlar deyil


Delfinlər və bonobo şimpanziləri də təkcə nəsil artırmaq üçün deyil, həm də zövq üçün sekslə məşğul olurlar. Bonobo şimpanziləri üz-üzə sekslə məşğul olan yeganə heyvandır. Bu heyvanlar insanlar kimi əylənir və oynayırlar da.

Digər şimpanzi növlərindən fərqli olaraq bonobo şimpanziləri şiddətə qarşıdırlar. Buna görə də bir-birinə toxunaraq, hətta seks edərək sülh yaradırlar. Bu şimpanzilər həqiqətən "savaşma, seviş" devizi ilə yaşayırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.