Quru və kövrək saçlar üçün maskalar

08 Temmuz 2015
2 299
0
Quru və kövrək saçlar üçün maskalar
Quru və kövrək saçlar üçün maskalar


Quru və kövrək saçlar üçün ev şəraitində hazırlanan bir neçə maska təqdim edirik.

Bal və zeytun yağı ilə maska:

4 xörək qaşığı bal və 6 çay qaşığı zeytun yağını qarışdırıb,saçlarınıza çəkin və politelin paket bağlayın.30 dəqiqə gözləyib saçlarınızı yuyun.

Yumurta əsaslı qidalandırıcı maska:

1 yumurta,2 xörək qaşığı gənəgərçək yağı və 1çay qaşığı sirkə və qliserin.Bunları qarışdırıb saçların bütün uzunluğuna çəkmək lazımdır.Bir qədər gözlədikdən sonra ilıq su ilə yuyun.

Yağ əsaslı maska:

Fosfor və Kükürd saçları möhkəmləndirir.Bu elementlər isə sarmısaq və soğanın tərkibində çoxdur.Sarmısaq və ya soğanın suyunu sıxıb eyni miqdarda bitki yağı və limon suyu ilə qarışdırıb saçlarınıza çəkin.30 dəqiqə gözlədikdən sonra yuyun,saçlarınızdan qoxu gəlməməsi üçün sonda saçları sirkəli su ilə yuyun.

Yoqurt və yumurta əsaslı boya.

5 xörək qaşığı yoqurt və 1 yumurtanı qatıb saçlara sürtün.Bu maskanı 15-20 dəqiqə saxlayıb saçlarınızı yuyun.


Bu maskalardan aydın olur ki,həftədə iki dəfə saçlarınıza 1 saat vaxt ayırmaqla onları qidalandırıb,gözəl və sağlam etmək mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.