Makiyajı təmizləmək üçün təbii vasitə

10 Ağustos 2015
1 532
0
Makiyajı təmizləmək üçün təbii vasitə
Makiyajı təmizləmək üçün təbii vasitə

Qadınların ən çox istifadə etdikləri qulluq vasitələrindən biri də makiyaj təmizləyicisidir. Dərini təmiz saxlamaq çox önəmlidir. Ona görə də hər bir makiyaj edən xanım bilir ki, gecə yatmazdan öncə mütləq üzünü təmizləməlidir. Ancaq makiyaj təmizləyici vasitələrin heç də hamısı təbii tərkibli olmur və dəriyə əks təsir göstərə bilir. Həm pulunuzu israf etməmək, həm də dərinizi korlamamaq üçünpublika.az-ın təqdim etdiyi makiyaj təmizləyicisi reseptlərini sınaqdan keçirin.

Quru dəri üçün:

1/2 stəkan zeytun yağı ilə 1/2 stəkan gül suyunu təmiz bir şüşəyə töküb çalxalayın. Bu qarışıqla həm dodaq, həm göz, həm də üz makiyajını təmizləyə bilərsiniz. Üzü yumağa ehtiyac yoxdur. Hər dəfə istifadədən öncə qarışığı çalxalayın.

Normal və yağlı dəri üçün:


1 ədəd kiçik, rəndələnmiş xiyarı 1 stəkan südün içərisinə töküb qaynadın. Daha sonra suyunu süzün. Südü şüşəyə doldurun. Bu qarışığın ömrü azdır. Həftədə bir dəfə yenidən hazırlamaq lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.