Gözəlliyin sirri günəbaxanda – İstifadə qaydaları

21 Ağustos 2015
1 179
0
Gözəlliyin sirri günəbaxanda – İstifadə qaydaları
Gözəlliyin sirri günəbaxanda – İstifadə qaydaları

Faydalı yeməklərin əvəzedilməzi günəbaxan yağının dəriniz üçün möcüzəvi faydasının olduğunu bilirdizmi?
Günəbaxan yağının sızanaq, eqzema, yara, qızartı və qıcıqlanmaya qarşı möhtəşəm sağaldıcı gücü var. Feat.az günəbaxan yağının baxım üçün gündəlik istifadə üsullarını təqdim edir.
A, C və D vitamini ilə zəngin olan günəbaxan yağını nəmləndirici olaraq birbaşa dərinizə sürtə bilərsiz.
Sızanaqlarla mübarizə aparan günəbaxan yağı sızanaqlı dəriyə çəkildiyində dərinin yenilənməsinə kömək edir. Pambıq köməyi ilə dərinizə sürtə bilərsiz.
Günəbaxan yağını göz kremi olaraq istifadə edə bilərsiz. Hər gecə yatmadan əvvəl gözaltlarına pambıqla çəkdikdə fərqi hiss edəcəksiz.
Günəbaxan yağı quru saçlardan şikayət edənlər üçün möhtəşəm çarədir. Ovcunuzun içinə bir az günəbaxan yağı töküb saçlarınıza vurun, sonra durulayın.
Tez-tez manikür etdiyiniz üçün dırnaqlarınızın qırılmasından şikayət edirsizsə, günəbaxan yağından istifadə edə bilərsiz. Dırnaqlarınızı gücləndirəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.