Fransız cazibəsinin sirləri

24 Kasım 2015
1 461
1
Fransız cazibəsinin sirləri
Fransız cazibəsinin sirləri

Fransız cazibəsinin sirləri

Ən baxımlı və zərif Fransız qadınlarının gözəllik sirləri

Özlərinə xas gözəllikləri ilə hər zaman fərqlənən Fransız xanımları saçlarından tutmuş dərilərinə qədər sanki hər gün xüsusi texnikadan istifadə edirlər. Yataqdan qalxanda belə gözəl görünən bu qadınların sirləri nədədir bəs?

Əgər siz də onların üsullarından yararlanmaq istəyirsinizsə qarşıda sizə təqdim edilən təkliflərdə diqqətli olun!

Dərinizi masaj edin

Fransız qadınları dəriyə qulluq üçün lasyon və nəmləndirici kremlərdən istifadə edirlər. Dərilərinin parlaq, elastik və gözəl görünməsini təmin etmək üçün hər gün bu kremlərlə dərilərini masaj edirlər. Beləcə üzlərinə canlılılıq qatırlar.

Makiyajla yatmamağa diqqət yetirin

Fransız xanımları makiyaj mövzusunda təbiiliyə üstünlük verənlərdir. Bir az ənlik, tuj və dodaq boyasından istifadə edirlər. Xüsusilə qırmızı dodaq boyası onlar üçün əvəzedilməzdir. Sadə olmaqları ilə seçilən Fransız xanımları makiyajla əsla yatmırlar. Hər gecə yatmazdan öncə mütləq makiyajı dəridən azad edirlər.

Termal sudan faydalanın

Fransız qadınları termal sudan istifadə etməyə üstünlük verirlər. Onun dəridə qan dövranını tənzimlənməsini qeyd edirlər.

Üz dərisini tez-tez yumayın

Fransız xanımlarının fikrincə tez-tez üzü yumaq dərinin yağlılıq və nəmlilik tarazlılığını pozur. Buna görə də gün ərzində tez-tez üz yumaqdan qaçırlar. Axşamlar isə makiyajı toniklə təmizləyirlər.

Ölü hüceyrələri təmizləyin

Dəridə ölü hüceyrələrin olması onun rahat nəfəs almasına mane olur. Bunun üçün də Fransız qadınları üz dərisində yaranan ölü heceyrələri təmizləmək üçün çox da sərt olmayan süngərdən istifadə edirlər.

Saça qulluq

Baxımlı və parlaq saçlar bir qadının gözəlliyini ön plana çıxaran ən önəmli faktordur. Fransız qadınları saç üçün kosmetik vasitələrdən istifadə etmək əvəzinə təbii məhsullara üstünlük verirlər. Hətta saçlarını yuduqdan sonra nəmliliyini qorumaq üçün təbii halda qurumasına imkan yaradırlar.

Sağlam qidalanma

Fransız xanımlarının fikrincə sağlam qidalanma özünü yaxşı hiss etmək üçün çox vacibdir. Zülallar, karbohidratlar, vitaminlər və minerallar gün ərzində lazimi qədər qəbul edilməlidir. Sağlam qidalanmaq üçün ara bir antioksidan ehtiva edən şərab da istehlak edilə bilər, müəyyən zaman keçəndən sonra dəridə yaradacağı fərqliliyi müşahidə olunur.


Fransız cazibəsinin sirləri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -FAydalı və maraqlı xəbərdir, LAkin Azəri qızları Fransızlardan gözəldir)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.