Bu maska ilə 5 yaş cavanlaş

24 Kasım 2015
1 853
0
Bu maska ilə 5 yaş cavanlaş
Bu maska ilə 5 yaş cavanlaş

Bu maska ilə 5 yaş cavanlaş

Yapon qadınlarının hamar dərisinə qibtə etməmək mümkün deyil. Burada irqi xüsusiyyətlər və coğrafi şəraitin təsiri olsa da, onların özünəməxsus gözəllik sirləri var. Məsələn, yapon qadınları dərisinin gözəlliyini əsrlərdir istifadə etdikləri dəniz məhsullarına, eləcə də, düyü maskasına borcludur.

Yapon qadınlarının istifadə etdiyi düyü maskasının reseptini təqdim edirik:

Düyü tərkibindəki omega-6 yağ turşusu (linoleik turşusu) və antioksidantlar sayəsində dəri hüceyrələrini yeniləyir, ona daha təravətli və parlaq bir görünüş verir, eyni zamanda da, dəri ləkələrini yox edir.


Maska üçün lazım olan ərzaqlar:

1 xörək qaşığı düyü
1 xörək qaşığı süd
1 xörək qaşığı bal

Hazırlanması:

Düyünü 2-3 stəkan suda yumşalana qədər qaynadın. Suyunu süzün, amma tökməyin, çünki maskadan sonra üzünüzü məhz həmin su ilə yuyacaqsınız.
Düyünü süddə əzərək yaxşıca qarışdırın. Sonra bal əlavə edin. Maskanı təmiz və quru üzə sürtün. Üzünüzdəki maskanın quruması üçün bir az gözləyin. Sonra onu silib üzünüzü, yuxarıda qeyd etdiyimiz kimi, soyumuş düyü suyu ilə yuyun.

Bu maska ilə 5 yaş cavanlaş
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.