Şərabla arıqlamaq olarmı?

Şərabla arıqlamaq olarmı?
Şərabla arıqlamaq olarmı?

Şərabın ancaq qədərində içildiyində (ən çox gündə bir qədəh nəzərdə tutulur) möcüzəvi təsirləri olduğunu bilirsizmi?

Mütəxəssislər normal çəkiyə məxsus 20 min qadını 13 il boyunca izləyib. Nəticədə gündə bir, ya iki qədəh şərab içən qadınların artıq çəki almaq ehtimallarının içməyənlərə görə yüzdə 30 daha az olduğu ortaya çıxıb.

Bundan başqa şərab, təzyiq və xolesterolu əngəlləyən antioksidanlar baxımından olduqca zəngindir. Şərabın arıqlamağa kömək etməsinin bir səbəbi də spirtin bədəni kalori yandırmağa təhrik etməsidir. Qadınların bədənində spirtin həzminə kömək edən fermentlər kişilərə nisbətən daha azdır. Buna görə bu fermentlərin yaranması üçün bədənin kalori yandırması lazlmdır.

Şərabın kalori yandırmağa kömək olmasının bir digər səbəbi də bədən istiliyini dəyişdirməsidir. Alkol bədənin istiliyini yüksəldir (bəzilərinin iki içərkən yanaqlarının qızarması bundandr) və bədən də bu istiliyi tənzimləmək üçün kalori yandırır.

Həddini aşmamaq lazımdır!

Araşdırmaçılar müntəzəm, ancaq qədərində şərab içən qadınların daha az yemək yediyini deyirlər. Əlbəttə, məhz bu səbəbdən şərabı süfrənin baş tacı etmək düzgün deyil. Onu da unutmayın ki, şərab özü də kalori tərkiblidir. 1 qədəh şərab 125 kaloridir. Yəni, tək şərab içməklə arıqlaya bilməzsiz. Nizamlı qidalanmaq və idman etməklə bərabər içilən şərab arıqlamanıza kömək edə bilər.


Redakte etdi: Mrs.IsGenDerLi
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.