Öz dəri tipinizi bilirsinizmi?

12 Şubat 2021
685
0
Öz dəri tipinizi bilirsinizmi?
Müəyyən makiyaj və qulluq vasitələrindən istifadə etmək üçün mütləq hansı dəri tipinə malik olduğunuzu bilməlisiniz.

Hər bir insanda fərqli dəri növü mövcuddur. Dəri növünün dəyişməsinin səbəbi üzdəki yağ vəzləri ilə bağlıdır. O vəzilər dəridəki yağ tərkibini təyin edir . Onun növü yağ ifrazına görə dəyişir.

Feat.Az bildirir ki, insanların malik olduğu müxtəlif dəri növlərini təqdim edir:

1. Quru dəri

Ən az yağ vəzi tərkibinə malikdir. Belə növ dəri tez-tez soyulur. Qırışmağa meyllidir. Həssasdır, buna görə də tez qızarır.

2. Yağlı dəri

Ən yüksək yağ vəzilərinə malik dəri tipidir. Mütəmadi baxım tələb olunur. Sızanaqlara daha çox meyl edir. Bu dəri tipinə sahib olanlar ümumiyyətlə böyük məsamələrə sahibdirlər.

3. Qarışıq dəri

Ən çox yayılmış dəri növüdür desək yanılmarıq. Tez-tez yağlı dəri növü ilə qarışdırılır. Qarışıq dəri tipində üzün müəyyən hissəsi yağlı, müəyyən hissəsi normal və ya quru olur. Əsasən "T" zonası adlandırdığımız alın, burun və çənə sahəsi sürətlə yağlanır.

4.Normal dəri

Belə dəri tipləri balanslaşdırılmış yağ vəzilərinə malik olur. Adi halda problem yaratmırlar və gec yaşlanma əlamətləri səbəb olurlar. Üzə parlaq və canlı görünüş bəxş edirlər.
Mənbə:axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.