Dərinizi bunlarla gözəlləşdirin

22 Nisan 2021
795
0
Dərinizi bunlarla gözəlləşdirin
Normal qayda ilə qidalanmaq, vitamin və mineralları qəbul etməklə yanaşı, sağlamlığımıza da müsbət təsir edir. Faydalı qidaları istehlak edərək dərimizin elastikliyini qoruyur, eyni zamanda solğunlaşmasının, quruluğunun və qırışmasının qarşısını alırıq.

Feat.Az
dərini gözəlləşdirən qidaları təqdim edir:

1.Qırmızı bibər

Dərini hamar və gözəl edən, C vitamini ilə zəngin qırmızı bibər qan dövranını tənzimləyir və karoteonid bəxş edir. Qocalma ilə mübarizə aparır, o cümlədən, qırışların yaranmasını azaldır.

2.Yerkökü

Həm göz, həm də dəri sağlamlığı üçün faydalı olan yerkökü A vitamini ilə olduqca zəngindir. Xüsusilə kosmetik məhsulların tərkibinə əlavə olunan bu tərəvəz dərinin görünüşünə müsbət təsir edir. Bir çox kosmetik dəri məhsulunun tərkibindəki Retinol, yerkökü ekstraktlarına da aiddir. Çünki yerkökü təbii retinoldur.

3.Tünd şokolad

Tünd şokoladın içərisindəki flavanollar və antioksidan bitki komponentləri dərini nəmləndirir və qan dövranını tənzimləyir. 12 həftə ərzində bununla qidalanan qadınlarda dəri lazımsız maddələrdən təmizlənir və hamar görünüş qazanır. Tünd şokoladdan gündəlik 28 qram və ya 150 kalori istehlak edilməlidir.

4.Fındıq

E vitamini antioksidandır. Fındıq dəri üzərində ultrabənövşəyi şüaların yaratdığı zərərlərin qarşısını alır. Nəmləndirilməsinə və yumşalmasına da kömək edir. Bir insanın gündəlik E vitamini ehtiyacı 8-10 mq fındıqdır. E vitamini taxıl, ispanaq, balqabaq, kələm, kahı, zeytun və balıq yağı, fındıq, qoz, yumurta sarısı, pomidor və kartofda da çoxdur. Lakin gündəlik bir ovuc fındıq E vitamini ehtiyacını tamamilə qarşılayır.

5.Balqabaq tumu

Bənzərsiz sink mənbəyi olan balqabaq toxumu, bu xüsusiyyəti sayəsində dəri üçün ən vacib mineralı bəxş edir. Əsas kollagen səviyyəsini tənzimləyir və hüceyrələrin yenilənməsini təmin edir. Eyni zamanda hüceyrə membranını C vitamini ilə gücləndirir.
Mənbə:axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.