Dərini gözəlləşdirən ərzaqlar
Feat.Az xarici mətbuata istinadən həmin qidaların siyahısını təqdim edir:
Şokolad
Tərkibindəki antioksidantlar dərini qidalandırıb, günəşin zərərli şüalarından qoruyur. Tərkibindəki kakao damarları genişləndirir, üzdə qan dövranının yaxşı getməsinə şərait yaradır.
Somon balığı
Stress, depressiya ilə mübarizə aparmaqda ən yaxşı vasitədir. Tərkibindəki D vitamini beyin, ürək və sümük sağlamlığı üçün önəmlidir. İnsanları ilik xərçəngindən qoruyur. Dərini daxildən təmizləyən, nəmləndirən, elastikliyini artıran bir qidadır. Bununla yanaşı somon saç dərisini nəmləndirir, tüklərin qırılmasının qarşısını alır.
Hind qozu
Tərkibindəki yağlar antibakterial xarakter daşıyır. Bədənin infeksiyalarla mübarizə gücünü artırır. Orqanizmdəki virusları təmizləyir. Tərkibindəki E vitamini dərini nəmləndirir, qırışların qarşısını alır. Çiy hind qozunu dəriyə sürtmək xeyirlidir.
Yaşıl çay
Tərkibindəki antioksidant xərçəng xəstəliyi riskini azaldır. Təzyiqsalıcı özəlliyi var. Stresin qarşısını alır.
Kök
Təkcə gözlərə yox, dəriniz üçün də xeyirlidir. Tərkibindəki A vitamini dərinizdəki hüceyrələri normaya salır. Dəridəki ölü hüceyrələri, qara nöqtələri təmizləyir.
axsam.az