Rus qadınlarının dərisinin gözəllik sirri

03 Eylül 2021
620
0
Rus qadınlarının dərisinin gözəllik sirri
Soyuq ölkə olan Rusiyada qadınlar dərilərini nizamlı şəkildə nəmləndirmək məcburiyyətində qalırlar.

Feat.Az
bildirir ki, bu səbəbdən rus qadınları dərilərinə xüsusi quluq edirlər. Nə qədər qəribə səslənsə də, rus qadınları gözəlliklərini sarımsağa və gül yağına borcludurlar. Onların gözəllik maskalarının bir çoxunda bu iki məhsul iştirak edir.

Rus qadınlarının istifadə etdiyi maskalar:

• Badam yağı - 1 xörək qaşığı
• Gül yağı - 1 xörək qaşığı

Bu iki yağı qarışdırın. Maskanı tətbiq etməzdən əvvəl dərinizi dəmlənmiş yaşıl çay ilə təmizləyin. Qarışığı təmiz dəriyə masaj edərək sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü yuyun.Həftədə 1 dəfə tətbiq etsəniz, dəri hüceyrələriniz yenilənəcək.

Sızanaqlara qarşı sarımsaq yağı:

Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə nizamlı olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqların meydana gəlməsinə maneə olur.

Nəmləndirici maska:

• Təzə limon suyu - 5 damcı
• Bal - 1 çay qaşığı

Balla limonu qarışdırın və təmiz dəriyə sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bu maska dərini nəmləndirir və daha sağlam edir. Həftədə 2 dəfə çəkə bilərsiniz.

Müalicəvi maska:

• Kartof - 1 ədəd
• Limon - 3-4 damcı

Dilimlənmiş çiy kartofun üzərinə limon sıxın. Həmin kartof dilimini 10 dəqiqə ərzində dərinizdə gəzdirin və daha sonra üzünüzü yuyun.
Mənbə:axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.