Niyə şiələr axşam namazlarını sünnilərdən bir neçə dəqiqə sonra qılırlar?

26 Ağustos 2014
1 512
0
Niyə şiələr axşam namazlarını sünnilərdən bir neçə dəqiqə sonra qılırlar?
Niyə şiələr axşam namazlarını sünnilərdən bir neçə dəqiqə sonra qılırlar?


Bu məsələ şəriətlə bağlıdır. Sünnilərin məzhəbinə görə Günəşin üfüqdə tam gizləndiyi zaman axşam namazının başlanması vaxtı sayılır. Həmin andan axşam (məğrib) namazını qılmaq olar. Günəşin batmasından sonra qırmızı dan yeri şərq tərəfdə zolaq formasında görünür. Günəş üfüqdə nə qədər çox gizlənərsə, bir o qədər də qırmızı dan yeri yüksəlir və göy üzünün yarısını kəsərək qərbə tərəf istiqamət alır və nəhayət qərbdə üfüqdə gizlənir. Həmin vaxta qədər axşam namazını qılmaq olar.
Cəfərilərin məzhəbinə görə isə axşam namazı o vaxt başlayır ki, haçan Günəşin qırmızı dan yeri şərqdən yüksəlir, göy üzünün yarısını kəsir və qərbə tərəf istiqamət alır. Ona görə də şiələr axşam namazını sünnilərə nisbətən bir az gec qılmağa başlayırlar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.