Çox yatmaq

15 Mart 2015
1 528
0
Çox yatmaq
Çox yatmaq


Əmirəlmöminin (ə) buyurub: "Çox yatıb ifratlıq etmək insanın vücudunu qüsurlu edir və insana çoxlu zərərlər gətirir".

Yuxu və tibb

Bəzi həkimlər bədənin yuxuya ehtiyacını 7 bəziləri isə 8 saat bildiriblər. Elə həmin mütəxəsislər 9 saatdan artıq yatmağı bədən üçün zərərli hesab edirlər. Eləcə də az yatmaq da bədən üçün zərərlidir. Jurnallardan biri yazır ki, yuxu və istirahətinizə əhəmiyyət verməsəniz bilin ki, az yatmaq sizin şəkərinizin miqdarını pozaraq çəkinizin artmasına və solğunluğa səbəb olacaq. Diabet xəstəliyinə düçar olmaq qorxusunu artırır. Sonda isə beyninizə zərər vuracaq. Yuxusuzluq qalxanvari vəzinin hormonunu pozur, stress yaradır, yaddaşa mənfi təsir qoyur. Hətta bədənin immun sistemini zəiflədərək həddən artıq xəstəliklərə səbəb olur. Yuxusuzluq ürəyin sağlamlığı üçün təhlükə yaradır, bədənin maddələr mübadiləsini də pozur.
İslamın bu məsələyə də fikir verməsi diqqətdən yayınmır. İmam Rza (ə) sağlamlıq barəsində etdiyi tövsiyələrin birinidə buyurub: "Yuxun gələn zaman yat".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.