Qadınlara münasibət haqda Peyğəmbərimizin (s) kəlamları

14 Ağustos 2014
5 426
0
Qadınlara münasibət haqda Peyğəmbərimizin (s) kəlamları
Qadınlara münasibət haqda Peyğəmbərimizin (s) kəlamları


Qadınlara münasibət haqqında
Dünya başdan-başa tamahdan ibarətdir, dünyanın ən gözəl matahı təmiz, yaxşı qadındır.
Qadınlar, ancaq kişilərin yarısıdır. (Evlənməyən kişi yarısı olmayan bir bədəndir)
Cənnət anaların ayaqları altındadır.
Qadınların ən yaxşısı, baxdıqca səni sevindirən, əmr edərkən itaət edən, sən evdə olmayan vaxt sənin şərəfini, namusunu qoruyan qadındır.
Yaxşı adamlar əhli-əyalına yaxşı olanlardır, mən əhli-əyalıma yaxşı baxıram;ancaq alicənablar qadınları yüksək tutar, onlara hörmət edər, ancaq rəzillər, alçaqlar qadınları ucuz tutar.
Yaxşılarınız, qadınlarınıza yaxşı baxanlarınızdır.

Qadınlara münasibət haqda Peyğəmbərimizin (s) kəlamları

Nikahın ən xeyirlisi asan yolla başa gələnidir.
Nikahı gizli saxlamayın, yayın, hamıya bildirin.

Qadınlarla pis dolanmayın, Allahdan qorxun.
Kişi yalnız arvadına, arvad da kişidinə yaxşı baxarsa Allah ikisinə də rəhm gözü ilə baxar;kişi arvadının əlindən tutarsa, ikisinin də günahları barmaqlarının ucundan tökülüb gedər.
Allahın ən xoşlamadığı şey halal qadını boşamaqdır.
Zir-zibil olan yerdə bitən göy-göyərtidən çəkinin, yə'ni pis yerdə, pis şəraitdə böyüyən gözəl qadından uzaq olun.
Evlənin, boşamayın, boşanmayın, çünkü Allah nə əxlaqı yüngül kişiləri sevir, nə əxlaqı yüngül olan qadınları.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.