Pərvərdigara, öhdəmdə olanlara əməl etdim!

10 Ekim 2015
1 786
3
Pərvərdigara, öhdəmdə olanlara əməl etdim!
Pərvərdigara, öhdəmdə olanlara əməl etdim!

Pərvərdigara, öhdəmdə olanlara əməl etdim!


Mən zahirən hər gün sübh evin küçə qapısındakı otaqda dərs dediyim «Məkasib» sinfini qurtardıqdan sonra gedirdim, bə᾽zən gecələr də lap tez gedirdim. Bir gün (zənnimcə çərşənbə günü idi) xüsusi şəkildə xəbər göndərdi ki, hüzuruna gedəm və bir işi yerinə yetirəm. Mən hüzuruna getdikdə onun yanında dəmir mücri (mərhum atasının mücrisi onun yanında idi, yaxud başqa bir mücri idi, indi şəkk edirəm) var idi. Mərhum ağa hacı Seyyid Əhməd Zəncani (Hazırkı mərcəyi təqlidlərdən biri olan mərhum Ayətullah Ağa Musa Zəncanin atası.) də onun qarşısında oturmuşdu. Bütün malikiyyət sənədlərini və sairləri ağayi Zəncaniyə, eləcə də nəqd olan pul qutusunu mənə verdi ki, müəyyən olunmuş yerlərdə sərf edim. Onun bir hissəsini də mənim özümə həvalə etdi. Əvvəllər öz vəsiyyətini bir neçə nüsxədə yazmışdı ki, onlardan birini mənim yanıma göndərdi. Hal-hazırda o mənim yanımdadır. Nəcəfdə, Təbrizdə, Qumda onun müəyyən məbləğdə pulları var idi. Hacı Məhəmməd Hüseyn Yəzdinin yanında (o, mərhum atamın vəsilərindən biri idi) idi. Vəsiyyət etmişdi ki, onun vəkillərinin yanında olan pullarının hamısı mübarək İmamın (ə) payındandır, sonralar ağayi Bürucerdinin məscidinin böyük bir hissəsini təşkil edən torpaq sahəsini də mədrəsə üçün almışdı və onun öz adına idi. Vəsiyyətnamədə yazmışdı ki, o da mübarək İmam (ə) payındandır və bir kəsə irs verilməz. Əgər ağayi Bürucerdi istəsə məscid üçün verilə bilər.

Pərvərdigara, öhdəmdə olanlara əməl etdim!

Onun pulları həmin sandığın içində olanlar idi. Bir neçə gün idi ki, heç kəsdən xüms, zəkat vergilərini almırdı. Amma zahirən ağayi Zəncani alırdı. Onun vəfat etdiyi ayın əvvəlində aylıq təqaüdləri Zəncani ağa verdi. Təkcə bir neçə qran dəmir pul onun cibində qalmışdı ki, onun qızı (mənim həyat yoldaşım) onun cibindən çıxardıb balışının altına qoymuşdu və demişdi ki, atam sağalsa onu sədəqə versinlər. Bu işi qədim qadınların hamısı görürdü. Mən də bu adətlə qədimdən tanış idim. Məncə sədəqə verilməli olan pulu girov götürürdülər. Təkcə o pul qalmışdı ki, ondan da ağanın xəbəri yoxdu. Qutunun içində olan pulları müəyyən yerə çatdırım deyə, mənə verdikdə əllərini yuxarı qaldırıb dedi:
Pərvərdigara! Mən üzərimdə olan vəzifələrimə əməl etdim, Sən də mənim əcəlimi yaxınlaşdır.


Pərvərdigara, öhdəmdə olanlara əməl etdim!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Chox gozel..deyerli xeberdir,Allah Razi olsun
  2. Love Quran❤♥
    Chox gozel..deyerli xeberdir,Allah Razi olsun^^
  3. AleDa
    • AleDa
    • 11 Ekim 2015 00:51
    Allah razı olsun. Tewekkurler xeber ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.