Məsumlardan hədislər 161-200

10 Ekim 2015
2 165
3
Məsumlardan hədislər 161-200
Məsumlardan hədislər 161-200


Məsumlardan hədislər 161-200

Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

* * *

Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: "Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

* * *

Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: "Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

* * *

Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: "Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

* * *

Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: "Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”

* * *

Hədis 166: Həzrət Əli (ə) buyurur: "Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”

* * *

Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: "Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”

* * *

Hədis 168: İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”

* * *

Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.”

* * *

Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: "Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Qur`anı yanlış təfsir və tə`vil edən şəxsdir.”

Məsumlardan hədislər 161-200

Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”

* * *

Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”

* * *

Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: "Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”

* * *

Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”

* * *

Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: "Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”

* * *

Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: "Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”

* * *

Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: "Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”

* * *

Hədis 178: Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”

* * *

Hədis 179: Həzrət Əli (ə) buyurur: "Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”

* * *

Hədis 180: Həzrət Əli (ə) buyurur: "Əməl etmədən behişt istəmək axmaqlıqdır.”


Məsumlardan hədislər 161-200

Hədis 181: Həzrət Əli (ə) buyurur: "Dil yarası (tə`nə vurmaq) nizə yarasından daha yandırıcıdır.”

* * *

Hədis 182: Həzrət Əli (ə) buyurur: "Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”

* * *

Hədis 183: Həzrət Əli (ə) buyurur: "Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”

* * *

Hədis 184: Həzrət Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”

* * *

Hədis 185: Həzrət Əli (ə) buyurur: "Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”

* * *

Hədis 186: Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”

* * *

Hədis 187: Həzrət Əli (ə) buyurur: "O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”

* * *

Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: "Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.”

* * *

Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: "Fürsətləri əldən vermək qəm-qüssə gətirər.”

* * *

Hədis 190: İmam Kazim (ə) buyurur: "Mö`min tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”


Məsumlardan hədislər 161-200

Hədis 191: İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşını aldadan şəxs məl`undur.”

* * *

Hədis 192: İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məl`undur.”

* * *

Hədis 193: İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşının qeybətini edən şəxs məl`undur.”

* * *

Hədis 194: İmam Kazim (ə) buyurur: "Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”

* * *

Hədis 195: İmam Kazim (ə) buyurur: "Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”

* * *

Hədis 196: İmam Kazim (ə) buyurur: "Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”

* * *

Hədis 197: İmam Kazim (ə) buyurur: "Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”

* * *

Hədis 198: Həzrət Əli (ə) buyurur: "Xalqla xoş keçinmək ağıl nişanəsidir.”

* * *

Hədis 199: Həzrət Əli (ə) buyurur: "Ağılın ən yüksək dərəcəsi cəhli (bilməməzliyi) e`tiraf etməkdir.”

* * *

Hədis 200: Həzrət Əli (ə) buyurur: "Aqilin ehtiyacsızlığı onun elminə görədir.”

Məsumlardan hədislər 161-200
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    "Xalqla xoş keçinmək ağıl nişanəsidir.”
  2. SEHRI
    • SEHRI
    • 11 Ekim 2015 21:08
    Hədis oxumağı çox sevirəm gözəl dəyərli hədislərdi.Allah razı olsun.
  3. Jessica
    Hamısı bir birinden gözel sözlerdi oxmadıqlarım çox iydi Allah razı olsun sayede oxudum
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.