Namaz qılmayan bir nəfər oruc tuta bilər?

13 Haziran 2017
1 906
0
Namaz qılmayan bir nəfər oruc tuta bilər?
Namaz qılmaq da, oruc tutmaq da Allahın əmridir. Bir müsəlman bunların hər ikisinə görə məsuldur. Əgər inkar etmir və lağa qoymursa, bunların birini yerinə yetirməməyi digərini tərk etməyini vacib qılmır. Allah insanın tərk etdiyi ibadətinin cəzasını, yerinə gətirdiyi ibadətinin isə mükafatını verir. Namaz qılmayan böyük bir günah edir. Lakin bu, onun Ramazan ayında oruc tutmağına maneə təşkil etmir. Orucunu tutmalıdır, ona vacibdir.

Feat.Az
muselmanlar.com-a istinadən bildirir ki, dünyada olduqları vaxt əməlləri puç olanlar kafirlərdir, müsəlmanlar deyil. Bu məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:

"De ki, sizə işləri baxımından Axirətdə ən böyük ziyana məruz qalanların kimlər olduğunu bildirimmi?

Onlar o kəslərdir ki, dünya həyatında gördükləri işlərin əvəzi puç olacaq. Halbuki, onlar elə hesab edirlər ki, gözəl işlər görürlər.

Onlar Rəblərinin ayələrini və Ona qovuşmağı inkar etmiş, buna görə də gördükləri yaxşı işlər puç olmuşdur. Çəkilməli bir şeyləri qalmadığına görə Qiyamət günü onlar üçün çəki aləti qoymayacağıq.

Kafirlikləri, ayələrim və peyğəmbərlərimə lağ etməklərinə görə bu Cəhənnəm onların cəzası olaraq hazırlanıb". (Kəhf, 18/103-106)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.