Yəhudi dinindən İslam dininə keçmiş qızın müsahibəsi

10 Kasım 2014
3 352
0
Yəhudi dinindən İslam dininə keçmiş qızın müsahibəsi
Yəhudi dinindən İslam dininə keçmiş qızın müsahibəsi

Statistika göstərir ki, Qərb ölkələrində İslam dininə gələnlərin içərisində qadınlar kişilərdən iki dəfə daha çoxdur. Leyla Hüseyn də təzə müsəlman olmuş Qərb qadınlarından biridir. Leyla Hüseyn hicabın gözəlliyinə vurğun olaraq, yəhudi dinindən İslam dininə keçmişdir. Ondan götürülən müsahibənin mətni belədir:


- İslam dinini qəbul edib, İslami geyiminə keçəndən sonra sizi ilhamlandıran ilk şey nə olmuşdur?


– Məni ilk ilhamlandıran şey Quran idi. Mənim burada tapdığım bütün sübutlar onu göstərirdi ki, bu din – həqiqi dindir. Çünki bütün peyğəmbərlər İmaməti qəbul edirdilər ki, bu da mənim fikrimcə məntiqi idi. Yavaş-yavaş bu qənaətə gəldim ki, İslam dininin yalnız xarici deyil, daxili qüvvəsi də vardır. Daxildən onu hifz etmək lazımdır.

Ailəm belə fikirləşirdi ki, mən özümü hər şeydən məhrum edirəm. Çünki mən Fransada yaşayıram və orada kamil hicab geyinmək çətindir. Hicab geyəndə, ictimai həyatın bir çox tərəfindən məhrum olmuş olursan. Ona görə də ailəmə mənim ictimai həyatdan məhrum olmağım çətin gəlirdi. Onların nəzərincə mənim müsəlman olmağım vacib deyildir. Hicab geyinərək müsəlman olmağımı insanlara bildirməyim də lazım deyildir. Onlar belə fikirləşirdilər ki, mənim bu imanda olmağım kifayət etməli idi. Ancaq mənim üçün bu məsələ mühüm idi. Çünki Quranda və Peyğəmbərin (s) sünnətində hicabın əhəmiyyətinə xüsusi yer verilmişdir. Mən hazır deyildim ki, onu çıxaram.

Tanıdığım hicablı qadınların çoxu buna görə çox xoşhaldırlar. Çünki hicab onlar üçün bir iftixardır. Onlar özlərini bu geyim vasitəsilə başqalarından qoruyurlar. Əgər sizin imanınız zəif olsa, bu məsələyə diqqət etməyəcəksiniz və sizin üçün mühüm olmayacaqdır. Ancaq istəyəcəksiniz ki, başqalarının dediyi kimi yaşayasınız. Təkrar edirəm ki, öz üsul və əqidənizə qayıdın və dərk edin ki, niyə müsəlmansınız. Çünki İslam elə bir dindir ki, siz özünüzü tətbiq etməlisiniz. Bu elə bir din deyildir ki, valideyn vasitəsilə miras qalsın. Ona görə də İslam dininin gözəlliyini və hicabın faydasını və gözəlliyini dərk edin”.

http://m.foto.radikal.ru/0706/02/beed704b7fc1.gif

R.T.Fikammm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.