SƏN SEV MƏNI EY RƏBBIM

18 Kasım 2014
3 035
0
SƏN SEV MƏNI EY RƏBBIM
SƏN SEV MƏNI EY RƏBBIM



Bismilləhir Rahmənir Rahim.
Yalnız Sən sev məni..
Rəhman və rəhimli olan Sən!
Bütün dərdlərə, ağrılara dərmansan Sən ..
Dərdliyəm, dərman dilənənəm mən ..
Qarşılıqsız min bir nemət verən Səndən, xəcalətlə əfv diləyən, məni sevməndir diləyim..
Səcdəyə başlayınca dinclik tapan mən, əfvi sonsuz olan Səndən bağışlanma diləyirəm....
Hər şeyi yoxdan, var edənsən Sən .. Bezmədən etdiyimiz günahları, bağışlayansan Sən..
Hər şeyi bilən, görən, bacaransan Sən ..
Var olan, tək gerçək, haqqsan Sən..
Varlığı açıq-aşkar dəlillərlə zahir olansan Sən..
Günahını, gözyaşıyla yuyanam Mən ..
Eşqimə qibləsən, tək sevdamsan deyənəm mən..
Ey Tanrım dostluğuna möhtac bir qulam Mən..
Zindanım olan yalan dünyada, qəlbi sevdana həsrət qalmışam Mən ..
Elm və qüdrətinlə, hər şeyə şahidsən Sən ..
Eşqimə şahid ol, yolunda şəhid olsam Mən ..
Hər şeyə hökm edən, hakimsən Sən, nə olar hökm et ürəyimə..
Ürəyimdəki eşqinin düşməni olan şeytan və onun yoldaşlarından Sənə sığınaram Mən....
Zəngin olan, zəngin edənsən Sən ..
İnşallah ki, sevginin, eşqinin zəngini olum Mən ..
Bəndəni çox sevən, ən sevimlisən Sən ..
Sevgindən bəslənib, nəfəs alan, meftununam Mən..
Heç kim sevməsin Məni ..
Yetər ki Sən sev Məni..

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.