Din Haqqinda sual cavablar..

23 Ağustos 2014
3 054
0
Din Haqqinda sual cavablar..
Din Haqqinda sual cavablar..


1.Sual:
Imamın arxasında namaz qıldıqda hansısa sözler işlənmir?

Cavab:
İmamın arxasında namaz qıldıqda namaza aid bütün sözlər işlənir.
Sadəcə Fatiha surəsini imamla bərabər qıldığında oxumaya bilərsən.
Çünkü imam sınin yerinı oxumuş sayılır.
Bu barədə peyğəmbərimiz (sav) buyurub:
İmamın qiraəti sənində qiraətin sayılır.
Əlbəttə ki, səsli namazlarda imam fatihə surəsini oxuduqda onu dinləmək lazımdır.
İmam fatiha surəsini oxuduqdan sonra , dərhal başqa surəni oxumağa başlasa sən imamı dinləməlisən.
Bu barədə ayət mövcuddur.
Səssiz namazlarda isə , əlbəttə ki fatihəni oxuyursan.

2.Sual:
Əgər mən dəstamaz aldıqdan sonra duanı deməyi unutmuşamsa və bu isə mənim yadıma namaz vaxtı düşübsə nə etməliyəm?

Cavab:

Dəstəmazdan sonra edilən dua müstəhəbdir, vacib deyil.Unutsan heçnə gərəkməz.

3.Sual:
Rəfiqəm mənə borca paltartikən maşın vermişdi.
Təşəkkür etmək üçün paltartikəndə onun üçün bir şey tikmək yaxud bir hədiyyə almaq istəyirəm.
Bu cür etmək ribanın növlərindən hesab olunurmu?

Cavab:
Sizin bu əməliniz rəfiqənizin sizə etdiyi yaxşılığın müqabilində ona hədiyyə vermək və bu yaxşılığını mükafatlandırmaq sayılır.
Riba sayılmır. Bu cür etmək Sünnət sayılır.
Səhih bir hədisdə İbn Ömərin (ALLAH ondan razı olsun) belə söylədiyi bildirilir:
“ALLAH Rəsulu (ALLAHın ona salavatı və salamı olsun) demişdir:
“Kimsə sizə bir yaxşılıq etsə onun əvəzini verin.
Bir şey tapa bilməsəniz bunun əvəzini verdiyinizə tam qane olana kimi onun üçün dua edin”.
Hədisi ən-Nəsai “Zəkat” (2520) bölməsində rəvayət etmişdir.
Şeyx əl-Albani “Səhih ən-Nəsai”də (2407) hədisin səhih olduğunu bildirmişdir.

4.Sual:
Valideynlərə din mövzusunda qarşı çıxmaq olar?

Cavab:
Valideynlərlə həmişə yaxşı rəftar etmək bizim borcumuzdur.
Amma valideyn sənə ibadət etməyi qadağan edərsə, biz bu vaxtı ibadəti yerinə yetirməliyik.
Çünki ibadət ALLAHın haqqıdır.Amma yenədə həmişə diqqətli olmalıyıq.
Hikmətlə və səbrlə valideynlərə başa salmalıyıq.




Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.