Allahım dualarımı qəbul et

23 Aralık 2014
4 967
0
Allahım dualarımı qəbul et
Allahım dualarımı qəbul et



ALLAHım!
Mənə bir insanın əlindən tutmadan əvvəl, ürəyindən tutmanın sirlərini öyrət,

ALLAHım!
Oxuma, öyrənmə, öyrəndiklərimizi tətbiq eşqimizi, gözəl bir xəstəliyə çevir,

ALLAHım!
Dinimizi dünyanın mehri etməkdən, acınca da inanclarımızı yeməkdən cümləmizi mühafizə et,

ALLAHım!
Məni, məni mənim önümə mane olmaqdan,
Məni, mənim həyatımın gəmiricisi olmaqdan,
Məni, mənə yalan danışmaqdan mühafizə et,

ALLAHım!
Baxışımızı ibrət,
Sükutumuzu hikmət,
Danışmamızı sənət və bacarığa çevir,

ALLAHım!
Boşa baxanlardan,
Boşa susanlardan,
Boşa danışanlardan eyləmə,

ALLAHım!
Zənginlərimizi hissiyatsız,
Kasıblarımızı hərəkətsiz,
Alimlərimizi əməlsiz,
İdarəçilərimizi ədalətsiz buraxma,

ALLAHım!
İdarəçilərimizin, fərasət, mərhəmət və bəsirətini,
Xalqımızın da hörmət, xidmət və hamiyətini artır


ALLAHım!
Səmalarımızı bayraqsız, bizləri azadlıqsız, məscidlərimizi camaatsız,
camaatımızı da elm və hikmətsiz buraxma,

ALLAHım!
Daxili və xarici düşmənlərdən sənə sığındığımız kimi; cəhalətin, tənbəlliyin, zaman israfının şərindən də sənə sığınırıq, bizləri mühafizə et,

ALLAHım!
Əvvəl Haqqdan, sonra haqsızlıqdan qorxmağı nəsib et,

ALLAHım!
Qabiliyyət israfından,
Tutum israfından,
Zaman israfından və israfın hər cüründən mühafizə et

ALLAHım!
Təxirə salmaqdan, təmbəllikdən, qorxmaqdan, imtina etməkdən, sabaha buraxmaqdan və buna bənzər xəstəliklərin şərindən mühafizə et.
Bu xəstəliklərə qarşı Alim, Hakim və Şafi adlarından təcili olaraq şəfalar ehsan et

ALLAHım!
Beynimizi, məlumat ishalı olmaqdan,
Ağlımızı, hirsin əsiri olmaqdan,
Bədənimizi, şəhvətin köləsi olmaqdan,
Mədəmizi, anbar halına gəlməkdən mühafizə et.



Allahım dualarımı qəbul et
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.