Möminlərin bir-birinə olan vilayəti

23 Aralık 2014
1 202
0
Möminlərin bir-birinə olan vilayəti
Möminlərin bir-birinə olan vilayəti

Möminlərin bir-birinə olan vilayəti


Yuxarıdakı bəhslərdən aydın oldu ki, möminlərin bir-birlərinin üzərində vilayət haqqı var. Allah onlar üçün bu qanuni haqqı qərar vermişdir ki, bir-birlərinin əməllərinə nəzarət edib, məsuliyyət hissi daşısınlar.
Amma münafiqlər "pisliyə çağırış” (əmr be münkər) və "yaxşılıqdan çəkindirmə” (nəhy əz məruf) vasitəsi ilə xalqın dini əsaslarına həmlə etdikləri üçün Allah onlara vilayət haqqı verməmişdir. Münafiqlərin vilayətə ehtiyacları da yoxdur. Çünki, vilayət qanuni bir haqdır və qanun heç bir cəmiyyətdə "münkərin əmrinə” icazə vermir. Münafiqlər möminlər kimi bir-birinə məhəbbət bəsləməzlər. Onlardan hər biri öz mənfəətini düşünür. Qurani-Kərimdə bu barədə buyurulmuşdur.


"Təhsəbuhum cəmiən və qulubuhum şətta"


Qurani-Kərim bu ayədə münafiqlər barəsində buyurur ki, siz onları müştərək bir cəbhədə yığışmış görərsiniz. Zahirdə onların arasında birlik, həmrəylik müşahidə olunur. Amma qəlbləri bir-birindən ayrıdır. Onlar ürəklərində bir-birinə yanmaz, məhəbbət bəsləməzlər. Hətta şəxsi mənafeləri təmin olmayanda bir-birini məhv etməkdən belə, çəkinməzlər. Çünki, hər kəs ancaq öz xeyrini düşünər. Bir yerə yığışıb təşkilat yaratmaq istəsələr və ya bəzi işlərdə birlikdə fəaliyyət göstərsələr də, həqiqətdə bunu öz mənafelərinə çatmaq xatirinə tələ olaraq qururlar. Bunların təşkilatında, birliyində hər hansı birinin şəxsi mənafeyinə qarşı problem meydana çıxarsa, hər şeyi alt-üst edib kənara çəkilərlər. Deməli, münafiqlərin bir-birinə məhəbbəti olmaz, əmr və nəhy etmək üçün də onlara qanuni qüdrət verilməmişdir.
Münafiqlər ancaq batil işlərdə birləşib, batil əməllərdə iş birliyinə girərlər.
Möminlərin bir-birinə olan vilayəti
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.