Qeybət və eyb axtarma haqqinda hədislər

25 Aralık 2014
9 151
0
Qeybət və eyb axtarma haqqinda hədislər
Qeybət və eyb axtarma haqqinda hədislər


Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.
Kafi /2/357.
***
İmam Əli əleyhissalam buyurur: Qeybəti eşidən qeybət edən qədər günah qazanar.
Ğürərul-hikəm /307.
***
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir.
Biharul-ənvar /75/261.
***
Əbdül-mömin Ənsari deyir: İmam Musa ibni Cəfər əleyhissalamın yanına getdim. Məhəmməd ibni Əbdüllah Cəfəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: Onu sevirsənmi? Dedim: Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm. Buyurdu: O, sənin qardaşındır, mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən kəs məlundur. Mömin qardaşını aldadan hər kəs məlundur; öz mömin qardaşına nəsihət verməyən kəs məlundur, mömin qardaşının qeybətini edən şəxs də məlundur.
Biharul-ənvar /75/262.
***
İmam Əmirəl-möminin Əli əleyhissalam buyurur: Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin.
Təraiful-hikəm /176.
***
İmam Musa ibni Cəfər buyurur: Mömin qardaşının qeybətini edən şəxs məlundur.
Biharul-ənvar /75/262.
***
Ənəs ibni Malik deyir: Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu: Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum...
1. Danışanda (hədis deyəndə) yalan deməyin;
2. Verdiyiniz vədələrə xilaf çıxmayın;
3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.