Daban çatlarını aparan pilinq RESEPTİ

23 Aralık 2017
1 519
0
Daban çatlarını aparan pilinq RESEPTİ
Gün ərzində ayaqqabının içində qalmaqdan çatlayan dabanlar əksəriyyətimizi narahat edir. Bunun üçün ən yaxşı çarə isə pilinq etməkdir. Feat.Az sizə evdə təbii yolla hazırlayacağınız pilinqlərin reseptini verir.

Qəhvəyi şəkər pilinqi

Lazım olanlar:

1 ədəd limon
2 yemək qaşığı qəhvəyi şəkər
1 çay qaşığı badam yağı

Hazırlanması və tətbiqi:

Bütün ləvazimatları qarışdırın və 5 dəqiqə saxlayın. Bu əsnada ayaqlarınızı ilıq su ilə yuyun və qurulayın. Qarışımı ayaqlarınıza masaj edərək sürtün. 10 dəqiqə saxlayın. Ardından soyuq su ilə durulayın. Bu qarışımı həftədə 2 dəfə tətbiq edin.

Nanə pilinqi

Lazım olanlar:

Yarım yaşıl limon
2 yemək qaşığı şəkər tozu
15 ədəd nanə yarpağı (doğranmış)
1 yemək qaşığı badam yağı


Hazırlanması və tətbiqi:

Bütün ləvazimatları mətbəx robotunda qarışdırın. Qarışımı bütün ayaqlarınıza masaj edərək sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə durulayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.