Sən demə, çayı qənd, bal və limonla içmək…

17 Temmuz 2022
2 137
0
Sən demə, çayı qənd, bal və limonla içmək…
Feat.Az xəbər verir ki, qaynar çay balın və limonun faydalı xassələrini öldürür.

Qənd

Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi mütəxəssislər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir. Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir.

Süd

Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.

Amma eksperimentlərdə sübut olunub ki, çaya süd əlavə etdikdə kaxetinin sehrli xüsusiyyətləri yox olur. Hərçənd, bəzi həkimlər güman edirlər ki, bu məsələ haqqında dəqiq fikir irəli sürmək hələ tezdir.

Təmiz bal

Təmiz bal şəkərdən xeyli faydalıdır. Amma çayını balla qarışdıranlar böyük risk edir. Çünki bal faydalı xassələrini 40 ° C temperaturda itirir, 60 ° C-də isə kanserogen xüsusiyyətləri əldə edir.

Limon

Limon əsl vitamin anbarıdır. Limonun əsas faydası C vitamini ilə zəngin olmasıdır. Lakin yüksək temperaturun təsiri altında C vitamini pərçalanır. Bu səbəbdən də yaxşı olardı ki, limon dilimini çay soyuyanda əlavə edəsiniz.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.